​Məşhur britaniyalı yazıçı Ceki Kollinz vəfat edib

Ədəbiyyat
  • 20 sentyabr, 2015
  • 07:18
​Məşhur britaniyalı yazıçı Ceki Kollinz vəfat edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-da məşhur britaniyalı yazıçı Ceki Kollinz 77 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, çoxsaylı bestsellerlər müəllifinin ölümünə onkoloji xəstəlik səbəb olub.

Yazıçının ailəsi tərəfindən yayılan məlumatda Kollinzin 6 ildən artıqdır döş xərçəngindən əziyyət çəkdiyi bildirilir.

Jaklin Cill Kollinz karyerasına 1968-ci ildə başlayıb. Ötən illər ərzində onun Hollivudda həyat və cinayət aləmi haqqında kitablarının tirajı 500 milyon nüsxəyə çatıb. Onun 32 romanının hər biri bestsellerlər siyahısına düşüb.

44 - Tezliklə