Ənvər Əlibəyliyə həsr edilən sərgi açılıb

Ənvər Əlibəyliyə həsr edilən sərgi açılıb Sərgi şairin 100 illik yubileyinə həsr olunub
Ədəbiyyat
1 Aprel , 2016 20:41
Ənvər Əlibəyliyə həsr edilən sərgi açılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Milli Kitabxanada mərhum şair, tərcüməçi Ənvər Əlibəylinin 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib.

"Report" xəbər verir ki, “Ənvər Əlibəyli - 100” adlı kitab sərgisində şairin kitabları, sözlərinə yazılmış mahnıların notları, dövri mətbuat materialları sərgilənir.

Qeyd edək ki, Ənvər Əlibəyli 1916-cı il aprelin 1-də Bakıda dünyaya göz açıb. 1938-ci ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışıb. Tiflisdə Topçular Hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə gedib. İkinci Dünya müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olub, məşhur 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçib.

1944-cü ildə ağır yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüşdə iştirakını davam etdirib. 

Ənvər Əlibəyli 1968-ci il mayın 7-də 52 yaşında dünyadan köçüb. Məzarı Fəxri xiyabandadır.

Son xəbərlər

Orphus sistemi