Bakı. 5 iyun. REPORT.AZ/
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, habelə Özbəkistandakı soydaşlarımız Azərbaycanın Özbəkistandakı səfirliyinə məktubla müraciət edərək şəhərin mərkəzi hissəsində, Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında yerləşən Nizami Gəncəvinin büstünün, büstətrafı ərazinin təmirə ciddi ehtiyac yarandığını bildiriblər.
Məsələ ilə əlaqədar olaraq Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xüsusi komissiya yaradıb və əraziyə baxış keçirilib.
Qeyd edək ki, 2004-cü ildə Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin Daşkənddə onun adını daşıyan Dövlət Pedaqoji Universitetinin qarşısında abidəsi qoyulub.
Abidənin açılışında Azərbaycan Prezidenti
2014-cü ilin oktyabr ayında Özbəkistanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri
Layihəni Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi həyata keçirib, aparılan işlər nəticəsində Daşkənddəki Nizami Gəncəvinin büstü restavrasiya edilib, büst ətrafında yerləşən ərazi tamamilə abadlaşdırılıb, bərbad vəziyyətə düşmüş metlax və mərmər örtüyü yeniləri ilə əvəz olunub.