Bakı. 3 may. REPORT.AZ/ Mayın 6-da Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı-2015” adlı tədbir keçiriləcək. Tədbir ümummilli lider
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.
Filarmoniya bağında 20-dək nəşriyyatın kitabları sərgilənəcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə aid olan kitabxanalara Azərbaycanın və xarici 126 müəllifin 306 rus dilində çap olunmuş kitabı da təqdim ediləcək. Oxuculara
“Kitab bayramı-2015” çərçivəsində “Canlı klassika-2015” beynəlxalq bədii qiraət müsabiqəsi üçün milli seçimin final mərhələsinin qalibləri də mükafatlandırılacaq.
Bayram günü açıq havada Bakı Uşaq Teatrının, Balaxanı qəsəbə mədəniyyət evinin kukla xalq teatrının tamaşaları göstəriləcək.