Yuxarı

Çingiz Abdullayev

 - 

Yazıçı



2015

"Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri seçilib.

2009

2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 182 adda kitabın müəllifidir.

1990

1990-cı ildə H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri seçilib. Həmin ildən etibarən Azərbaycan PEN klubunun vitse-prezidentidir.

1989

1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Elə həmin ildən Azərbaycan Yazıçılar İttifaqının katibi təyin olunub.

1988

1988-ci ildə Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov universitetinin fəxri professorudur.

1981

1981- 1986-cı illərdə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi vəzifələrində çalışıb.

1976

1976-cı ildə məktəbi bitirib. 1976 - 1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini alıb.

1959

Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində anadan olub.