DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb

DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Serbiya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
3 Dekabr , 2022 01:01
DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb

İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, G qrupunun III turunda Serbiya yığmasına 3:2 hesabı ilə qalib gələn kollektiv 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

İlk qolu 20-ci dəqiqədə İsveçrə seçməsindən Cerdan Şakiri vurub. 6 dəqiqə sonra Aleksandar Mitroviç tarazlığı bərpa edib. 35-ci dəqiqədə Duşan Vlahoviç serbiyalıları önə keçirib. 44-cü dəqiqədə Brel Embolo hesabı yenidən bərabərləşdirib. Son nöqtəni isə 48-ci dəqiqədə Remo Froyler qoyub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran İsveçrə millisini 1/8 finalda Portuqaliyaya rəqib olub. 1 xalı olan Serbiya isə qrupunu sonuncu pillədə tamamlayıb.

00:10

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 5-ci qol vurulub.

"Report"un məlumatına görə, 48-ci dəqiqədə Remo Froyler isveçrəliləri hesabda önə keçirib - 3:2.

00:07

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab bərabərdir - 2:2.

23:49

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə məhsuldar heç-heçə ilə yollanıblar - 2:2.

23:46

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, 44-cü dəqiqədə isveçrəlilərdən Brel Embolo tarazlığı bərpa edib.

23:37

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, Duşan Vlahoviç 35-ci dəqiqədə serbiyalıları hesabda önə keçirib.

23:28

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 26-cı dəqiqədə fərqlənən Aleksandar Mitroviç görüşdə tarazlığı bərpa edib.

23:21

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 20-ci dəqiqədə Cerdan Şakiri isveçrəliləri hesabda önə keçirib.

23:00

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:14

Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Serbiya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Serbiya: Vanya Milinkoviç-Saviç, Strahinya Pavloviç, Miloş Velikoviç, Nikola Milenkoviç, Filip Kostiç, Saşa Lukiç, Andriya Jivkoviç, Sergey Milinkoviç-Saviç, Aleksandr Mitroviç, Duşan Tadiç, Duşan Vlahoviç

İsveçrə: Qreqor Kobel, Silvan Vidmer, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi