Niderland millisinin baş məşqçisi Lui van Qal vaxtilə İtaliya yığmasına rəhbərlik etmiş Vittorio Pottsonun rekordunu təkrarlayıb.
"Report" xəbər verir ki, 71 yaşlı mütəxəssis buna Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda Ekvadorla 1:1 hesablı heç-heçə etməklə nail olub.
Mundiallar tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pottsonun göstəricisinə şərik çıxıb. Təcrübəli mütəxəssis bu görüşlərdə 6 qələbə qazanıb, 3 dəfə sülhə razılaşıb.
Pottso isə 1934 - 1938-ci illər ərzində İtaliya yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.
Qeyd edək ki, Niderland millisi ilk 2 turdan sonra 4 xalla Ekvadorla birliklə 1-2-ci yerləri bölüşdürür. "Narıncılar" qrupda son matçını ev sahibi Qətərə qarşı keçirəcək.