Bakı. 1 iyun. REPORT.AZ/ “Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılır, bir yerdə ibadət edirlər. Biz bu qardaşlığı qorumalıyıq. Azərbaycanda məzhəb ayrı-seçkilyi salmaq istəyənlərin qarşısını almağı bacarmalıyıq”. “Report”un xəbərinə görə, bunu
QMİ sədri əlavə edib ki, bu gün Azərbaycan böyük sürətlə dəyişir, qüdrətli dövlətlər sırasında qabaqcıl mövqeyə çıxır: “İnkişaf edən təkcə şəhər və rayonlarımız, kəndlərimiz deyil, insanlarımızın həyat tərzidir. Xüsusilə gənclərimizin dünya görüşü, savadı artır. Din xadimlərimiz bu inkişafdan kənarda qala bilməzlər. Axund və imamlarımız, yerlərdə dini ayinləri icra edən insanlar savadlarını artırmalı, dünyagörüşlərinin zənginləşməsi üçün çalışmalıdırlar”.