Komitə sədri: Erməni işğalı nəticəsində İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib

Komitə sədri: Erməni işğalı nəticəsində İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib Ermənistanın Azərbaycan ərazilərini işğalı və hərbi təcavüzü nəticəsində 28 ildən artıq müddətdə maddi-mədəniyyət nümunələri, həmçinin İslam və Xristianlıq dininə aid ibadət ocaqları darmadağın edilib.
Din
18 Dekabr , 2024 10:24
Komitə sədri: Erməni işğalı nəticəsində İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib

Ermənistanın Azərbaycan ərazilərini işğalı və hərbi təcavüzü nəticəsində 28 ildən artıq müddətdə maddi-mədəniyyət nümunələri, həmçinin İslam və Xristian dinlərinə aid ibadət ocaqları darmadağın edilib.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rabata səfəri çərçivəsində Mərakeş Krallığının Dini Vəqflər və İslam İşləri naziri Əhməd Toufiq, Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin müşaviri Andre Azuley ilə görüşündə deyib.

Komitə sədri Azərbaycanın müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini qeyd edərək, keçirilən tədbirlərin, ikitərəfli görüşlərin daha möhkəm qarşılıqlı əlaqələrin qurulmasına, sülhün və dialoqun inkişafına xidmət etdiyini deyib. Ölkəmizin dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən danışan komitə sədri Azərbaycanda tarixən müxtəlif konfessiyaların nümayəndələrinin vahid bir ailə kimi mehriban şəraitdə yaşadıqlarını xatırladıb.

R.Məmmədov ölkənin Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verib.

Hər iki görüşdə iştirakçılar Azərbaycanın dünyada birliyin bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək mədəniyyətlər və dinlərarası əlaqələrin, multikultural dəyərlərin möhkəmlədilməsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Azərbaycanın bu sahədə nailiyyətləri dünyada uğurlu örnək kimi qəbul edilir.

Qeyd edək ki, dekabrın 17-də “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak məqsədilə Mərakeş Krallığının Rabat şəhərinə səfər etmiş nümayəndə heyətinin tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, deputatlar və ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri yer alır.

Son xəbərlər

Orphus sistemi