Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib

Digər ölkələr
  • 29 oktyabr, 2026
  • 02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatları çatdırmağı təklif edib.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə danışıb.

Ağ Ev rəhbərindən Vensin tərəflər arasında danışıqların bərpası üçün Rezaiyə məktub göndərdiyi barədə məlumatları şərh etməsi xahiş olunub.

"Xeyr, məsələ burasındadır ki, onların dərman və digər ləvazimatlarla bağlı yardıma ehtiyacı var. O (Vens - red.) məndən bu barədə nə düşündüyümü soruşdu. Mən də dedim ki, əgər bunu etmək istəyirsə, edə bilər. Əslində, söhbət, səhhəti yaxşı olmayan insanlara lazım olanları təmin etməkdən gedir", - Tramp bildirib.

Daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Vens sözügedən məktubu Trampın göstərişi ilə göndərib. Nəşrin iddiasına görə, vitse-prezident Tehran və Vaşinqton arasında prezidenti yaxın həftələrdə hərbi əməliyyatlara qayıtmamağa inandıra biləcək qədər təmas nöqtələrinin olub-olmadığını aydınlaşdırmaq niyyətində idi.

44 filmi