Sabah “Böyük yeddilik” Ukraynaya görə toplanır - YENİLƏNİB

Sabah “Böyük yeddilik” Ukraynaya görə toplanır - YENİLƏNİB Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Digər ölkələr
10 Oktyabr , 2022 15:57
Sabah “Böyük yeddilik” Ukraynaya görə toplanır - YENİLƏNİB

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri oktyabrın 11-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcək.

“Report” xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.

İclas videoformatda baş tutacaq.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski toplantının başlanğıcında iştirak edəcək.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

13:07

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.

Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:

“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.

V.Zelenski ilə O.Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.

V.Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında da telefon danışığı olub. Liderlər Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini, beynəlxalq ictimaiyyətin reaksiyasının zəruriliyini, həmçinin Rusiyaya qarşı təzyiqlərin artırılmasını müzakirə ediblər.

Fransa Prezidenti Ukraynaya dəstəyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi