Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb

Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.
Digər ölkələr
9 Oktyabr , 2023 11:36
Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərdə həlak olan Silahlı Qüvvələrin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti Silahlı Qüvvələrin azərbaycanlı əsgəri Novruzov Elvin İlqar oğlunu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edib.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub, boya-başa çatıb. Ukraynada gedən genişmiqyaslı müharibənin ilk günlərindən döyüşə qatılan həmyerlimiz bu ilin əvvəlində Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycanəsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.

Son xəbərlər

Orphus sistemi