Yeni Zelandiyada parlament seçkiləri və referendum keçiriləcək

Yeni Zelandiyada parlament seçkiləri və referendum keçiriləcək Yeni Zelandiya vətəndaşları şənbə günü milli parlament üzvlərini seçmək üçün, evtanaziya və marixuananın leqallaşdırılmasına dair referendumda səs verəcəklər.
Digər ölkələr
16 Oktyabr , 2020 03:33
Yeni Zelandiyada parlament seçkiləri və referendum keçiriləcək

Yeni Zelandiya vətəndaşları şənbə günü milli parlament üzvlərini seçmək üçün, evtanaziya və marixuananın leqallaşdırılmasına dair referendumda səs verəcəklər.

“Report”un məlumatına görə, səsvermə yerli vaxtla saat 09:00-da başlayacaq və 19:00-a qədər davam edəcək. Ölkədə 2,6 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd olunub ki, 120 yer uğrunda 17 partiyadan 602 namizəd mübarizə aparacaq. Lakin mübarizə ölkənin əsas siyasi qüvvələri - üç il əvvəl iqtidara gələn, indiki Baş nazir Jasinda Ardernin rəhbərlik etdiyi Leyboristlərlə, 2017-ci ilə qədər təxminən on il hakimiyyətdə olan Milli Partiya arasında gedəcək.

Parlament seçkiləri zamanı Yeni Zelandiya vətəndaşları referendum üçün də səs verəcəklər. Referenduma iki məsələ daxil edilib: “2019-cu ildə ömrün sonunu seçməklə bağlı qanunun qüvvəyə minməsini dəstəkləyirsinizmi?” və “Marixuananın leqallaşdırılması və nəzarət edilməsi üçün təklif olunan qanunvericiliyi dəstəkləyirsinizmi?”. Sualların hər birinə "bəli, dəstəkləyirəm" və ya "yox, dəstəkləmirəm" cavabları verilə bilər.

Son xəbərlər

Orphus sistemi