Xorvatiyanın müdafiə naziri yol qəzası törətdiyinə görə vəzifəsindən azad edilib

Xorvatiyanın müdafiə naziri yol qəzası törətdiyinə görə vəzifəsindən azad edilib Xorvatiyanın baş naziri Andrey Plenkoviç prokurorluğun bir nəfərin öldüyü, nazirin özünün isə ağır yaralanması ilə nəticələnən qəzaya görə müdafiə naziri Mario Banoziçi vəzifəsindən azad edib.
Digər ölkələr
11 Noyabr , 2023 22:05
Xorvatiyanın müdafiə naziri yol qəzası törətdiyinə görə vəzifəsindən azad edilib

Xorvatiyanın baş naziri Andrey Plenkoviç prokurorluğun bir nəfərin öldüyü, nazirin özünün isə ağır yaralanması ilə nəticələnən qəzaya görə müdafiə naziri Mario Banoziçi vəzifəsindən azad edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiya polisinin verdiyi məlumata görə, səhər tezdən Vinkovçi şəhərinin çıxışında iki avtomobil toqquşub, nəticədə bir nəfər ölüb, daha biri isə ağır yaralanıb. Avtomobillərdən birini idarə edən nazir Mario Banoziç müxtəlif xəsarətlərlə Vinkovçidəki xəstəxanaya, daha sonra Osijek Klinik Mərkəzinə aparılıb. Prokurorluqdan bildirilib ki, qəza minik avtomobilinin sürücüsünün manevrin təhlükəsiz olmasına əmin olmadan yük avtomobilini ötməyə başlaması və nəticədə ikinci ilə toqquşması nəticəsində baş verib. Vukovar rayon prokurorunun müavini Bilyana Luburiçin sözlərinə görə, avtomobillərin sürəti hələ müəyyən edilməyib və sürücülərin qanında alkoqol testlərinin nəticələri də gözlənilir.

Banoziçin vəzifələrini müvəqqəti icra etmək Müdafiə Nazirliyinin dövlət katibi Zdravko Yakopa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi