Venesuelada silahlı şəxslər 12 nəfəri güllələyib
Digər ölkələr
- 28 may, 2016
- 23:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 may. REPORT.AZ/ Venesuelanın şimal-qərbindəki Truxilo ştatında cinayətkarlar 12 sakini güllələyib.
“Report”un məlumatına görə, bu barədə “El Universal” internet qəzeti xəbər verib. Küçədə öldürülənlərdən 4-ü uşaqdır.
Hadisəni törədənlər cinayətdən dərhal sonra hadisə yerindən motosikl və avtomobillərlə uzaqlaşıblar. Polis cinayətkarların axtarışına başlayıb.
İlkin ehtimala görə, hadisəyə səbəb cinayətkar qruplaşmalar arasındakı toqquşmadır.
Polisin araşdırmaları zamanı məlum olub ki, öldürülənlərdən ikisi qətl hadisəsinə görə axtarışda olub.
Venesuelanın Baş Prokurorluğu sosial problemlər və digər səbəblər üzündən son illər ölkədə cinayət hadisələrinin sayının artdığı bildirir.
Son xəbərlər
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr