Tunisdə prezident seçkilərinin ikinci turunun səsverməsi start götürüb.
“Report” “TASS”a istinadən xəbər verir ki, 11 milyon əhalisi olan ölkənin 7 milyon vətəndaşı prezidentliyə 2 namizəddən ən layiqlisini respublikanın rəhbəri postuna seçəcək.
Oktyabrın 6-da keçirilən prezident seçkilərinin birinci turunda müstəqil namizəd Kais Said və “Tunisin ürəyi” partiyasını lideri, korrupsiya və maliyyə fırıldaqçılığı ittihamı ilə həbs olunan və səsvermə ərəfəsində azadlığa buraxılan Nabil Karui ən çox səs toplayıb.
Seçicilər prezident seçkilərinin birinci turunda Kais Saidə 18,4 faiz, Nabil Karuiyə isə 15,6 faiz səs veriblər.
Yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 18:00-da bağlanacaq. Seçkilər 33 seçki dairəsində keçiriləcək.