Trampın xüsusi elçisi Prezident İlham Əliyev haqqında: Həqiqi dövlət lideridir
Digər ölkələr
- 06 noyabr, 2025
- 23:14
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib.
"Report" xəbər verir ki, bu barədə Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb.
Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub.
Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və "ona artıq heç nə lazım deyildi".
ABŞ Prezidentinin xüsusi elçisinin fikrincə, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır.
Son xəbərlər
18:39
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb
Sosial müdafiə18:38
Gürcüstanda Təhlükəsizlik Polisi dəmir yolu yüklərini və infrastrukturunu qoruyacaq
Region18:36
Daşkənd Azərbaycan və Özbəkistanda U-20 DÇ-nin təşkilat komitələrinin yaradılmasına münasibət bildirib
Futbol18:30
Azərbaycan Yüksək Liqasında VII turun açılış matçında "Azərreyl" qələbə qazanıb
Komanda18:21
Foto
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Sağlamlıq18:18
Tobias Lorentsson: NATO və Azərbaycan 2026-cı ildə fəal dialoqu davam etdirəcək
Xarici siyasət18:14
Foto
Azərbaycan atleti Mersin Marafonunda ikinci olub
Fərdi18:13
Zelenski və Uitkoff arasında danışıqların ikinci raundu iki saat sonra başa çatıb
Digər ölkələr18:10
Foto