Tramp inauqurasiyadan sonra ordu ilə miqrantları kütləvi şəkildə deportasiya edəcək

Tramp inauqurasiyadan sonra ordu ilə miqrantları kütləvi şəkildə deportasiya edəcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonra miqrasiya ilə bağlı fövqəladə vəziyyət tətbiq etmək niyyətində olduğunu təsdiqləyib.
Digər ölkələr
19 Noyabr , 2024 05:30
Tramp inauqurasiyadan sonra ordu ilə miqrantları kütləvi şəkildə deportasiya edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonra miqrasiya ilə bağlı fövqəladə vəziyyət tətbiq etmək niyyətində olduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu “Truth Social”da bəyan edib.

Tramp sosial şəbəkəsinin istifadəçilərindən birinin, yeni seçilmiş prezidentin qeyri-qanuni miqrantların deportasiyası proqramını həyata keçirmək üçün ordudan istifadə edəcəyini və fövqəladə vəziyyət tətbiq edəcəyini bildirən yazısına “Doğrudur” şərhini yazıb.

Bundan əvvəl Tramp dəfələrlə ictimai çıxışlarında bildirib ki, inauqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir.

Miqrasiya böhranı ABŞ-da seçki kampaniyasının əsas problemlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq demokratları onun kəskin eskalasiyasında günahlandırırlar.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçı Tramp qalib gəlib. O, ölkənin vitse-prezidenti olan Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Seçkilər nəticəsində respublikaçılar Konqresin Senatı və Nümayəndələr Palatasına nəzarəti ələ keçirə biliblər. Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi