Tramp İllinoysun Milli Qvardiya hərbçilərini federal nəzarət altına keçirmək istəyir
Digər ölkələr
- 05 oktyabr, 2025
- 00:30
ABŞ Prezidenti Donald Tramp İllinoys ştatının Milli Qvardiyasından olan 300 əsgəri federal nəzarətə keçirməyə hazırlaşır.
"Report"un məlumatına görə, bunu ştatın qubernatoru Cey Pritsker bildirib.
"Tramp 300 Milli Qvardiya əsgərini federal nəzarətə keçirmək niyyətindədir", – deyə o, "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ağ Ev ultimatum irəli sürərək Milli Qvardiyanın istifadəsini tələb edib, lakin qubernator bu tələbi rədd edib. Pritsker vurğulayıb ki, ştatda hərbçiləri yerləşdirməyə ehtiyac yoxdur.
Daha əvvəl ABŞ lideri bəyan etmişdi ki, Çikaqo cinayət səviyyəsinin yüksək olduğu şəhərlər siyahısındadır və bu vəziyyətlə mübarizə aparmaq üçün ora Milli Qvardiyanın hərbçilərini göndərməyi planlaşdırır.
Son xəbərlər
06:50
KİV: ABŞ Rusiyanın dondurulmuş 200 milyard dollarını Ukrayna üçün istifadə etmək istəyir
Digər ölkələr06:17
Yakutiyada baş verən yanğında 5 nəfər ölüb
Region05:43
Braziliya nüvə silahları ilə bağlı müqaviləni ratifikasiya etməyib
Digər ölkələr05:13
"Coinbase"in direktoru "Bitcoin"in 1 milyon dollar olacağını proqnozlaşdırıb
Maliyyə04:50
Qəzza ilə bağlı "Sülh Şurası"nın tərkibi 2026-cı ildə açıqlanacaq
Region04:20
ABŞ Konqresinin aşağı palatası 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib
Digər ölkələr03:45
Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilə bilər
Digər ölkələr03:08
ABŞ Baş Prokuroru: Ələ keçirilən tanker Venesuela və İrandan neft daşıyıb
Digər ölkələr02:49