KİV: ABŞ Rusiyanın dondurulmuş 200 milyard dollarını Ukrayna üçün istifadə etmək istəyir
- 11 dekabr, 2025
- 06:50
Rusiya-Ukrayna müharibəsinin həlli çərçivəsində ABŞ Avropa ölkələrinə Ukraynada layihələrin həyata keçirilməsi üçün Amerika maliyyə şirkətləri tərəfindən dondurulmuş Rusiya aktivlərinin təxminən 200 milyard dollardan istifadəsini nəzərdə tutan təkliflər təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.
Vəsaitdən, digərləri ilə yanaşı, Zaporojye AES-in (Atom Elektrik Stansiyası) enerji təchizatına cavabdeh olacağı yeni geniş miqyaslı məlumat mərkəzi üçün istifadə edilməsi təklif olunur.
Nəşr yazıb ki, son həftələrdə ABŞ prezidenti Donald Trampın administrasiyası avropalı həmkarlarına Ukraynanın müharibədən sonrakı bərpası və Rusiyanın qlobal iqtisadiyyata qayıdışı ilə bağlı baxışlarını əks etdirən bir sıra sənədlər təqdim edib.
Sənədlərdən birində ABŞ-ın Rusiya Federasiyasının reinteqrasiya planı təsvir edilir və Amerika şirkətlərinin "strateji sektorlara – nadir torpaq metallarının hasilatından tutmuş Arktikada neft qazmalarına qədər sərmayə qoyacağı" təklif edilir.