"Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib

"Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib Taliban Əfqanıstanda qadınların işlədiyi bütün milli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) bağlanacağını bəyan edib.
Digər ölkələr
30 Dekabr , 2024 18:01
Taliban əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib

"Taliban" Əfqanıstanda qadınların işlədiyi bütün milli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) bağlanacağını bəyan edib.

“Report” AP-yə istinadən xəbər verir ki, bu, onların QHT-lərə əfqan qadınları işə götürməyi qadağan etməsindən iki il sonra baş verir.

"Taliban" iddia edirlər ki, qadınlar İslam baş örtüyünü düzgün taxmırlar.

İqtisadiyyat Nazirliyi xəbərdarlıq edib ki, yeni əmrə riayət edilməməsi Əfqanıstanda fəaliyyət lisenziyasının ləğvinə səbəb olacaq.

Nazirlik bütün milli və xarici təşkilatların fəaliyyətinin qeydiyyatı, əlaqələndirilməsi, rəhbərliyi və nəzarətinə cavabdeh olduğunu bildirib.

"Əməkdaşlıq olmadığı təqdirdə müəssisənin bütün fəaliyyəti dayandırılacaq və nazirlik tərəfindən verilmiş lisenziya ləğv ediləcək", - bəyanatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi