Takaiçi yenidən Yaponiyanın Baş naziri seçilib
Digər ölkələr
- 18 fevral, 2026
- 10:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiçi yenidən baş nazir vəzifəsinə seçilib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Parlamentin əsas aşağı palatasında keçirilən səsvermə zamanı 354 deputat onun lehinə səs verib.
Takaiçi bu gün axşam keçirəcəyi mətbuat konfransında fiskal siyasətə dair baxışını və LDP-nin seçkiqabağı kampaniya zamanı vəd etdiyi ərzaq məhsullarının istehlak vergisinin iki il müddətinə dayandırılması ilə bağlı planını açıqlayacaq.
KİV-in məlumatına görə, bütün nazirlər, o cümlədən xarici işlər naziri Tosimitsu Motegi, maliyyə naziri Satsuki Katayama və müdafiə naziri Şindziro Koidzumi tutduqları vəzifələrdə qalacaqlar.
Son xəbərlər
00:50
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
Xarici siyasət
00:35
Foto
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə
00:26
Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6
Region
00:19
Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm
Digər ölkələr
00:05
Qarakənd faciəsindən 35 il ötür
Daxili siyasət
00:00
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:56
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:50
Bəqai: İran 2003-cü ildə İraqa qarşı irəli sürülən ittihamlarla üz-üzə qalıb
Region
23:46
Foto
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
Hadisə