Suriyada amerikalı hərbçilər güllələnib
Digər ölkələr
- 13 dekabr, 2025
- 18:36
Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "SANA" təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, birgə patrul xidməti zamanı silahlı şəxs əsgərlərə atəş açıb. O, dərhal öldürülüb. Hadisənin motivi ilə bağlı heç bir məlumat yoxdur.
Atışmadan sonra Deyr əz-Zor-Dəməşq avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Amerika helikopterləri yaralıları Əl-Tanf şəhəri yaxınlığında (Dəməşqdən 250 km məsafədə) ABŞ və Qərb koalisiyasının hərbi bazasına təxliyə etmək üçün hadisə yerinə gəlib.
Son xəbərlər
22:19
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Fərdi22:05
Rusiya Qara dənizdə Türkiyənin mülki gəmisinə hücum edib
Digər ölkələr21:41
Foto
Azərbaycan Ankarada 3-cü Dünya Mədəniyyətləri Festivalında təmsil olunub
Mədəniyyət siyasəti21:32
Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə21:28
Xəzər dənizində zəlzələ olub
Hadisə21:27
Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
Digər ölkələr21:04
Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Digər ölkələr20:50
Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Digər ölkələr20:42