Sudanda daşqınlar nəticəsində 100-ə yaxın adam ölüb
Digər ölkələr
- 28 avqust, 2022
- 19:36
Sudanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" yerli təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
Avqustun 22-də "Əl-Hədas" telekanalı daşqınlar nəticəsində 83 nəfərin öldüyünü, daha 30 nəfərin yaralandığını bildirib.
Sudan ordusu daşqınların yayılmasının qarşısını almaq üçün ölkənin ən çox zərər çəkmiş ştatlarından birinə - Ağ Nil çayına ağır texnika yerləşdirib.
Sudanda may ayında başlayan leysan yağışları bütün şəhərləri su altında qoyaraq minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Təbii fəlakətdən ən çox Naqr en-Nil, Şimali Kordofan, Əl Gezira, Cənubi Darfur və Cənubi Kordofan əyalətləri, həmçinin Ağ Nil zərər çəkib.
Son xəbərlər
21:19
Foto
Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
Maliyyə21:01
Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min siqaret gilizi ələ keçirilib
Region20:43
Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqlayıb
Xarici siyasət20:40
"Fənərbağça" futbolçusu Rodriqo Bekanı Rusiya klubuna icarəyə verib
Futbol20:36
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
Energetika20:29
EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Energetika20:24
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
Energetika20:19
Rəhman Mustafayev Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi barədə danışıb
Xarici siyasət20:18