Sudan səfiri: Fransanın Qərbi Afrikada 1944-cü ildə törətdiyi hadisələr qitə ölkələri üçün tarixi faciədir

Sudan səfiri: Fransanın Qərbi Afrikada 1944-cü ildə törətdiyi hadisələr qitə ölkələri üçün tarixi faciədir Fransa Qərbi Afrika əsgərlərinin qətlini etiraf etməklə dialoqun yaranmasına yol açır.
Digər ölkələr
6 Dekabr , 2024 11:51
Sudan səfiri: Fransanın Qərbi Afrikada 1944-cü ildə törətdiyi hadisələr qitə ölkələri üçün tarixi faciədir
Majok Guandong

Fransanın Qərbi Afrikada 1944-cü ildə törətdiyi hadisələr, əsgərlərin qətliamı qitə ölkələri üçün tarixi faciədir.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Cənubi Sudan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Majok Guandong Fransa prezidenti Emmanuel Makronun Seneqal hökumətinə ünvanlandığı məktubu şərh edərkən bildirib.

Səfir qeyd edib ki, hazırda Fransanın bu qətliamı etiraf etməsi dialoqun yaranmasına yol açır.

“Biz Afrika ölkələrinə qarşı hər hansı bir gücün və neokolonializmin tətbiqini istəmirik”, - deyən səfirin fikrincə, 1944-cü il hadisəsi qitə ölkələri üçün tarixi faciədir və nəhayət, rəsmi Parisin bu addımı sadəcə Fransa ilə Qərbi Afrikadakı keçmiş müstəmləkələri arasında deyil, qitə ölkələri ilə dialoqun yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, 1944-cü il dekabrın 1-də İkinci Dünya Müharibəsi zamanı Fransa ordusu tərəfində döyüşən 400-ə qədər Qərbi Afrika əsgəri güllələnib. Buna səbəb əməkhaqqının ödənilməməsi nəticəsində baş verən üsyan olub. Ölənlərin əksəriyyəti "Tirailleurs Senegalais" ("Seneqal atıcıları") müstəmləkə piyada korpusunun üzvləri olub.

Fransa prezidenti Emmanuel Makron Seneqal hökumətinə ünvanladığı məktubda ilk dəfə rəsmi olaraq Qərbi Afrika əsgərlərinin öldürülməsini qətl adlandırıb və faciənin bütün həqiqətlərinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi