Şengen məkanının ləğvi Avropaya 110 milyard avro zərər vura bilər

Şengen məkanının ləğvi Avropaya 110 milyard avro zərər vura bilər Şengen sisteminin ləğv edilməsi uzaq perspektivdə Avropa ölkələrinə böyük maddi zərbə olardı
Digər ölkələr
4 Fevral , 2016 06:58
Şengen məkanının ləğvi Avropaya 110 milyard avro zərər vura bilər

Bakı. 4 fevral. REPORT.AZ/ Avropaya davam etməkdə olan qaçqın axını Avropa İttifaqını xarici sərhədlərin nəzarətini gücləndirməyə vadar etməklə yanaşı, bir sıra ölkələri daxili sərhədləri bağlamaq məcburiyyəti qarşısında da qoyub.

Şengen məkanına daxil olan Almaniya, Fransa, Avstriya, Danimarka, İsveç və Norveç artıq müvəqqəti olaraq Şengen sazişini dayandırıblar və ölkə sərhədlərində nəzarət rejimi tətbiq etməyə başlayıblar. Avstriya mətbuatında yer alan məqalələrdə qeyd edilir ki, sərhədlərin uzunmüddətli bağlı qalması və yaxud - radikal-sağçı meyilli qüvvələrin tələb etdiyi kimi – Şengen sisteminin ləğv edilməsi uzaq perspektivdə Avropa ölkələrinə böyük maddi zərbə olardı.

"Report"un Avropanın tanınmış beyin mərkəzlərindən olan “France Stratégie” qurumunun araşdırmalarına istinadən verilən məlumata görə, Avropa İttifaqı ərazisində daxili sərhəd nəzarətinin daimi əsaslarla bərpa olunması, yəni Şengen məkanının ləğv edilməsi Şengen sazişinə qoşulmuş dövlətlərə uzunmüddətli perspektivdə 110 milyard avro zərər vura bilər. Bu isə Şengen məkanına daxil olan ölkələrin birgə ümumdaxili məhsulunun 0,8 faizinə bərabərdir.

Yaxın Şərq və Şimali Afrikadan Avropaya qaçqın axının yaratdığı problemlər vahid Avropa məfkurəsinin özəyini təşkil edən Şengen sisteminin mövcudluğunu təhlükə altına salır.

Son xəbərlər

Orphus sistemi