Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
"Ümumilikdə iyunun 17-si gecə saatlarında Rusiyanın hücumundan sonra paytaxtda 24 nəfər həlak olub, daha 134 nəfər xəsarət alıb", - məlumatda bildirilib.
Qeyd edək ki, zərbə nəticəsində paytaxtın Solomenski rayonunda doqquzmərtəbəli bina zədələnib. Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.
Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.
Bu barədə “Report” Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb.
Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.