Rusiyanın Zaporojyeyə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 19:07
Rusiyanın Zaporojyeyə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Rusiyanın Zaporojyeyə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 29 nəfərə çatıb.

"Report"un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yazıb.

Məlumata görə, zərərçəkənlər arasında qəlpə yaraları, beyin silkələnməsi və kəskin stress reaksiyası olan şəxslər var. Onların arasında beş uşaq – 2, 9 və 11 yaşlı qızlar, həmçinin 5 yaşlı iki oğlan da yer alıb.

Fedorov bildirib ki, üç nəfərin vəziyyəti ağırdır, 14 nəfərin vəziyyəti isə orta dərəcədə qiymətləndirilir. Bütün yaralılara zəruri tibbi yardım göstərilir.

Rusiya Zaporojye və onun ətraf ərazilərinə bomba zərbələri endirib, nəticədə 26 nəfər yaralanıb.

"Report"un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yazıb.

"Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində azı 21 nəfər, o cümlədən bir uşaq yaralanıb. Yaşayış evləri dağılıb, infrastruktur obyekti və təhsil müəssisəsi zədələnib", - o, teleqramda yazıb.

O, daha sonra yaralıların sayının 26-ya çatdığını bildirib.

İ.Fedorov həmçinin qeyd edib ki, bütün yaralılar lazımi tibbi yardım göstərilir.

Son xəbərlər

Bütün Xəbər Lenti