"Reuters": Fars körfəzinə ABŞ-nin altıncı esminesi gəlib
Digər ölkələr
- 29 yanvar, 2026
- 20:55
ABŞ Silahlı Qüvvələri altıncı esminesi olan "Delbert D Black"ı Fars körfəzinə göndərib.
"Report" xəbər verir ki, bu barədə "CBS News" və "Reuters"də daxil olmaqla Qərb mediası məlumat yayıb.
"Reuters" adı çəkilməyən ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ-nin Yaxın Şərqdə bir təyyarədaşıyan gəmisi, altı esminesi və üç sahil döyüş gəmisi mövcuddur. "Delbert D Black" esminesi son iki gün ərzində bölgəyə çatıb.
Yanvarın 28-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmir və Amerika tərəfinin fikrincə, bu, qabaqlayıcı tədbir olacaq.
Rubio təsdiqləyib ki, ABŞ İran ətrafındakı son gərginliyə cavab olaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağa davam etmək niyyətindədir.
Son xəbərlər
13:59
ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı kompleks nəzarət tədbirləri görülür
İnfrastruktur13:53
Foto
Azərbaycan Türkiyə holdinqi ilə aqrar sektora sərmayə cəlb olunmasını müzakirə edib
ASK13:49
Azərbaycana qarşı cinayətlər törətmiş şəxslərin ədalət məhkəməsinə çıxarılması haqqın bərpasıdır - RƏY
Daxili siyasət13:49
Çin lideri Rusiya ilə əlaqələrin inkişafına dair genişmiqyaslı plan hazırlamağı təklif edib - YENİLƏNİB
Digər ölkələr13:35
Səfir: "Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketi formalaşdırır" - EKSKLÜZİV
Biznes13:28
Qazaxıstan Pakistana 108 milyon dollarlıq elektrikli avtobus tədarük edəcək
Digər ölkələr13:24
AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil
Maliyyə13:21
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub
Futbol13:18