Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri həbs edilib

Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri həbs edilib Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri Yevgeniya Qutsul barəsində açılan cinayət işi üzrə yeni hallar elan edən prokurorların tələbi ilə 20 sutka müddətinə həbs edilib.
Digər ölkələr
28 mart 2025 20:37
Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri həbs edilib

Moldova Qaqauz Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul barəsində açılan cinayət işi üzrə yeni hallar elan edən prokurorların tələbi ilə 20 sutka müddətinə həbs edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kişinyov rayon məhkəməsi qərar verib.

"Yevgeniya Qutsula qarşı 20 sutka müddətinə həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatət qismən təsdiq edilsin", - hakim Sergey Çiobanu qərarı oxuyub.

Qaqauziyanın rəhbəri martın 25-də axşam saatlarında Kişinyov hava limanında İstanbula uçuş üçün qeydiyyatdan keçərkən saxlanılıb. Milli Antikorrupsiya Mərkəzi onun 72 saat həbsdə saxlandığını elan edib. Qutsul 2023-cü ildə Qaqauziyada keçirilmiş prezident seçkiləri üçün seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Orphus sistemi