Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb

Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə yüksəlib.
Digər ölkələr
8 Noyabr , 2024 19:09
Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb

Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 43 508 nəfərə, yaralıların sayı isə 102 684 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində 39 fələstinlinin həlak olduğunu, daha 123 nəfərin isə yaralandığını açıqlayıb.

BMT-nin məlumatına görə, Qəzza sektorunda hərbi əməliyyatlar səbəbindən əhalinin 85 faizi məcburi köçkün vəziyyətinə düşüb. Eyni zamanda, Fələstin anklavında infrastrukturun 60 faizi dağılıb.

Təşkilatın İnsan Haqları üzrə Ali Komissarlığı Qəzza zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu iddia edən hesabat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

Son xəbərlər

Orphus sistemi