Qərbi Afrikada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Qərbi Afrikada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb Koronavirus pandemiyasının başlanmasından bəri rekord ölüm sayı qeydə alınıb.
Digər ölkələr
19 Avqust , 2021 19:21
Qərbi Afrikada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Koronavirus pandemiyasının başlanmasından bəri rekord ölüm sayı qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin rəhbəri Matshidiso Moeti Afrikada koronavirusla bağlı vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirib.

"Qərbi Afrikada COVID-19 səbəbindən son dörd həftədə ölüm sayı artaraq 348-dən 1018-ə yüksəlib", - M.Moeti deyib.

ÜST nümayəndəsi qeyd edib ki, Qərbi Afrikadakı vəziyyət bütün tibb işçilərindən xüsusi səy tələb edir.

Hazırda yeni koronavirusa yoluxma hallarının qeydə alındığı 23 Afrika ölkəsindən 9-u qitənin qərbində yerləşir. Bunların arasında digər təhlükəli xəstəliklərin yayılması ilə mübarizə aparan Fil Dişi Sahili, Qvineya və Nigeriya da var.

Son xəbərlər

Orphus sistemi