Qazaxıstan və Çin XİN-ləri arasında 2026-2028-ci illər üçün əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstan və Çin XİN-ləri arasında 2026-2028-ci illər üçün əməkdaşlıq memorandumu imzalanıb Qazaxıstan və Çinin Xarici İşlər nazirlikləri (XİN) 2026-2028-ci illər üçün əməkdaşlıq memorandumu imzalayıb.
Digər ölkələr
25 aprel 2025 18:30
Qazaxıstan və Çin XİN-ləri arasında 2026-2028-ci illər üçün əməkdaşlıq memorandumu imzalanıb

Qazaxıstan və Çinin Xarici İşlər nazirlikləri (XİN) 2026-2028-ci illər üçün əməkdaşlıq memorandumu imzalayıb.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Tərəflər həmçinin Çinin Quançjou şəhərində Qazaxıstanın Baş konsulluğunun təsis edilməsi ilə bağlı nota mübadiləsi aparıb və bu il həyata keçirilməsi nəzərdə tutulan ikitərəfli səfər və tədbirlərin qrafikini müzakirə ediblər.

"Bizim qarşılıqlı əlaqələrimiz geosiyasi çağırışlara və konyunktur meyillərə məruz qalmır. Çin bizim üçün təkcə yaxşı qonşu və etibarlı dost deyil, həm də hərtərəfli əlaqələri olan yaxın ölkədir", - mətbuat xidməti Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun çinli həmkarı Van İ ilə görüşündəki sözlərini sitat gətirib.

M.Nurtleu həmçinin qeyd edib ki, 2024-cü ilin yekunları üzrə Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi 43,8 milyard dollar məbləğində rekord göstəriciyə çatıb. O, Astana və Pekinin qarşılıqlı ticarətin həcmini iki dəfə artırmaq niyyətində olduğunu bildirib.

Görüşdə qeyd olunub ki, Qazaxıstan-Çin investisiya portfeli təxminən 66,4 milyard dollar məbləğində 224 layihəni əhatə edir.

Qeyd edək ki, Van İ XİN başçılarının aprelin 26-da keçiriləcək "Mərkəzi Asiya - Çin" formatında görüşündə iştirak etmək üçün Almatıya işgüzar səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi