Puerto-Rikoda tam kəsintidən sonra elektrik təchizatı bərpa edilib

Puerto-Rikoda tam kəsintidən sonra elektrik təchizatı bərpa edilib Puerto-Rikonun, demək olar ki, bütün ərazisində dekabrın 31-i səhər tezdən baş vermiş qəzadakı tam elektrik kəsintisindən sonra təchizat bərpa edilib.
Digər ölkələr
2 Yanvar , 2025 04:24
Puerto-Rikoda tam kəsintidən sonra elektrik təchizatı bərpa edilib

Puerto-Rikonun, demək olar ki, bütün ərazisində dekabrın 31-i səhər tezdən baş vermiş qəzadakı tam elektrik kəsintisindən sonra təchizat bərpa edilib.

“Report” xəbər verir ki, bu barədə yerli “El Nuevo Dia” qəzeti məlumat yayıb.

Müştərilərin 98 %-dən çoxu üçün elektrik təchizatı bərpa edilib. Lakin Puerto-Rikonun seçilmiş qubernatoru Cennifer Qonsales qeyd edib ki, əvvəllər sıradan çıxmış elektrik stansiyaları tam qüvvəti ilə işləmək üçün güc yığmalı olduğundan, yaxın günlərdə adada elektrik təchizatında fasilələr istisna edilmir. Bununla əlaqədar o, əhalini “elektrik sisteminin ciddi fasilələr olmadan bərpa olunmasına kömək etmək üçün enerjidən qənaətlə istifadə etməyə” çağırıb.

Puerto-Rikoda ümumi elektrik kəsintisi bazar ertəsindən çərşənbə axşamına keçən gecə qəza nəticəsində ölkənin bütün elektrik stansiyalarının sıradan çıxması səbəbindən baş verib.

Əhalisi 3,2 milyon nəfərdən bir qədər çox olan ada ölkəsində 1,3 milyondan çox elektrik enerjisi istehlakçısı işıqsız qalıb. Ölkənin əsas elektrik stansiyası olan “Luma Energy” bildirib ki, qəza yeraltı kabellərin zədələnməsi səbəbindən baş vermiş ola bilər, lakin dəqiq səbəb hələ müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi