Praqada çay üzərindən keçən piyada körpüsü uçub
Digər ölkələr
- 02 dekabr, 2017
- 15:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 dekabr. REPORT.AZ/ Şənbə günü Çexiyanın paytaxtı Praqanın şimalında Vltava çayı üzərindən keçən və uzunluğu 253 metr olan piyada körpüsü uçub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, nəticədə 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə zamanı suya düşə biləcəyi ehtimal olunan insanların axtarışı aparılır. Əməliyyatlara vertolyot cəlb olunub. Çay yolu gəmilər üçün bağlanıb.
Həmçinin hadisə ilə əlaqədar şəhər şurasının təcili iclası çağırılıb.
1984-cü ildə inşa olunmuş körpü İmperator adaları ilə paytaxt zooparkı və botanika bağının yerləşdiyi Praqa-Troya rayonunu birləşdirir.
Son xəbərlər
22:05
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır
Xarici siyasət
21:48
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb
Digər ölkələr
21:37
AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib
İnfrastruktur
21:29
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
Futbol
21:07
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb
Region
20:58
Foto
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
Fərdi
20:47
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
20:40
Video
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
20:38
Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb
Komanda