Peter Siyarto: Bəzi qüvvələrin Macarıstanın sülh missiyasını gözdən salmaq cəhdləri uğursuz oldu
Peter Siyarto: Bəzi qüvvələrin Macarıstanın sülh missiyasını gözdən salmaq cəhdləri uğursuz olduMacarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüssel yalan fabrikinin faktlar və davamlı uğursuzluqlardan sarsılmadığını deyib.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rəsmi Brüsselin yalan fabrikinin faktlar və davamlı uğursuzluqlardan sarsılmadığını deyib.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Bildirilib ki, Macarıstan XİN başçısı ölkənin Baş naziri Viktor Orbanın Kiyev və Moskvaya səfərlərindən sonra bəzi qüvvələrin sülh missiyasını gözdən salmaq cəhdlərinə diqqət çəkib.
"Sülh missiyasını gözdən salmaq cəhdləri uğursuz oldu. Viktor Orbanın Kiyev, Moskva, Pekin və Floridaya diplomatik səfərləri beynəlxalq liderlər arasında böyük diplomatik danışıqlara səbəb oldu", - P. Siyarto qeyd edib.
O həmçinin Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyini təhdid altına alan Ukraynanın neft tranziti qadağasına Brüsselin göstərdiyi açıq dəstəyə də diqqət çəkib:
“Brüsselin Ukrayna məsələsindəki həvəsi onun iki Aİ ölkəsinin enerji təchizatını təhlükə altına alan qərəzini üzə çıxardı".
Son olaraq Macarıstanın Rusiya və Belarus casuslarının Aİ-yə daxil olmasına icazə verməsi ilə bağlı iddialara da toxunan P.Siyarto vurğulayıb ki, bütün Aİ ölkələri üçüncü ölkə vətəndaşlarının prosedurlarını müstəqil şəkildə həyata keçirirlər:
"Söylənilənlər əsassız iddialardır. Çünki Macarıstanın prosesləri sərtdir və milli təhlükəsizliyi prioritetləşdirir".
️FM Péter Szijjártó: "The Brussels lie factory remains unshaken by facts, summer, or continuous failures.
FM Szijjártó highlighted the failed attempts to discredit the peace mission after @PM_ViktorOrban’s diplomatic visits, which led to significant talks between key… pic.twitter.com/HJ4vZp5fFR