Papua-Yeni Qvineyanın Enqa əyalətində qəbilələr arasında baş verən toqquşmalarda ölənlərin sayı 64 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə yerli “PNG Post-Courier” nəşri polisə istinadən məlumat yayıb.
Belə ki, fevralın 19-u günorta saatlarında polis əməkdaşları qəbilələr arasında silahlı qarşıdurma nəticəsində həlak olan daha 11 nəfərin cəsədini aşkar edib. Bununla da ölənlərin ümumi sayı 64-ə çatıb.
Polis Enqadakı silahlı toqquşmaların Ambulin və Sikin qəbilələri arasında davam edən mübarizə olduğunu təsdiqləyib.
Papua-Yeni Qvineyanın yüksək dağlıq ərazilərində qəbilələrarası toqquşmalar nəticəsində azı 53 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.
Polis bildirib ki, Enqa əyalətində pusquya salınan şəxslər qətlə yetirilib.
Belə ki, cəsədlər bir yerdə deyil, çöldə, yolun kənarında və çayın yaxınlığında tapılıb.
Polis meyitləri maşınlara yükləyib və şəxsiyyətlərini müəyyən etmək üçün ərazidən aparıb. Səlahiyyətlilər ölənlərin sayının 60-65-ə çata biləcəyini vurğulayıblar.