Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib

Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib “Donald Trampın Panama kanalına nəzarətin ABŞ-a qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsi gəmiçilikdə xaosa gətirib çıxaracaq”.
Digər ölkələr
9 Yanvar , 2025 03:12
Panama kanalının rəhbəri ABŞ-nin yeni prezidentilə bağlı xəbərdarlıq edib

“Donald Trampın Panama kanalına nəzarətin ABŞ-a qaytarılması ilə bağlı tələblərinin yerinə yetirilməsi gəmiçilikdə xaosa gətirib çıxaracaq”.

“Report” xəbər verir ki, bunu kanalı idarə edən şirkətin rəhbəri Rikaurte Vaskes Morales edib.

Onun sözlərinə görə, qaydalarda istisnalar olmur: “Biz çinlilərə, amerikalılara və ya başqalarına qarşı ayrıseçkilik edə bilmərik. Bu, neytrallıq müqaviləsini, beynəlxalq hüququ pozacaq və xaosa gətirib çıxaracaq. Çinin Panama kanalına nəzarət etməsi ilə bağlı ittihamlar əsassızdır. Çinin bizim əməliyyatlarımızla heç bir əlaqəsi yoxdur”.

Gəmilərin Panama kanalından keçməsinin dəyəri 300 min dollardan 1 milyon dollara qədər dəyişdiyini etiraf edən Vaskes Morales deyib: “Tariflər dünyanın hər yerindən gələn bütün gəmilərə aiddir, istisnalar yoxdur”.

O, Trampın ABŞ gəmilərindən kanaldan keçmək üçün daha yüksək ödənişlər tələb olunduğuna dair iddialarını təkzib edib. Vaskes Morales bildirib ki, yeganə istisna ABŞ hərbi gəmiləridir ki, onlara kanaldan keçməyə üstünlük verilir.

Son xəbərlər

Orphus sistemi