Nigerin Baş naziri: Sahel Alyansı ECOWAS işğalının qarşısını alıb

Nigerin Baş naziri: Sahel Alyansı ECOWAS işğalının qarşısını alıb Sahel Dövlətləri Alyansının yaradılması Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) qüvvələrinin işğalının qarşısını alaraq Nigeri məhv olmaqdan xilas edib.
Digər ölkələr
31 Dekabr , 2023 16:26
Nigerin Baş naziri: Sahel Alyansı ECOWAS işğalının qarşısını alıb

Sahel Dövlətləri Alyansının yaradılması Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) qüvvələrinin işğalının qarşısını alaraq Nigeri məhv olmaqdan xilas edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Əli Lamin Zeyn Sahel Dövlətləri Alyansının iclasından sonra bildirib.

“Sahel Dövlətləri Alyansı ECOWAS-ın nəzərdə tutduğu kimi Nigerin məhv edilməsinin qarşısının alınmasında həlledici rol oynayıb”, – Zeyn deyib.

Onun sözlərinə görə, assosiasiya iştirakçılarının qətiyyətli mövqeyi “bəzi ECOWAS dövlətlərinin bəslədiyi döyüş planlarının” həyata keçməsinə imkan verməyib.

Xatırladaq ki, Sahel Alyansına Burkina-Faso, Mali və Niger daxildir.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 15 Qərbi Afrika ölkəsinin regional birliyidir. Blokun özünün ECOMOG adlı kollektiv silahlı qüvvələri var.

Son xəbərlər

Orphus sistemi