Nigerdə 58 nəfər qətlə yetirilib
Digər ölkələr
- 02 yanvar, 2021
- 21:13
Nigerin qərbində naməlum silahlı şəxslərin hücumu zamanı azı 58 mülki şəxs həyatını itirib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Silahlı hücum Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə edilib. Mənbə bildirib ki, silahlılar son həftələrdə sərhəd kəndlərinin sakinlərini ekstremist qrupları dəstəkləməklə bağlı hədələyiblər.
Hadisədən sonra sərhəd təhlükəsizliyi gücləndirilib. Hücum, ölkədə keçirilən prezident seçkilərinin ilk turunun ilkin nəticələri elan olunduğu gün törədilib.
Seçkilərdə keçmiş Xarici İşlər Nazirliyinin başçısı, daha sonra Nigerin Daxili İşlər və Təhlükəsizlik naziri, 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Yerli mediada yer alan xəbərlərə görə, ikinci tur fevral ayında baş tutacaq.
Son xəbərlər
19:45
AK Seutada miqrasiya böhranının aradan qaldırılması üçün İspaniyaya 114,7 milyon avro ayıracaq
Digər ölkələr19:36
Ermənistan gələn ilin oktyabrına qədər "Ermənistan Elektrik Şəbəkələri"ni milliləşdirmək niyyətindədir
Region19:27
Messinin Argentina millisindən gedişindən sonra yığmanın yeni kapitanı müəyyənləşib
Futbol19:20
İsveçrədə SES-dəki partlayışda 2 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr19:11
Kabardin-Balkarda həlak olan alpinistlərin sayı 14-ə çatıb
Region19:08
Foto
Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş regional konfrans keçirilib
Sosial müdafiə18:56
Foto
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib
Hərbi18:53
Meğri şəhərinin meri rüşvət işi üzrə saxlanılıb
Region18:43