NATO Danimarka, Qrenlandiya və şimal ölkələrini Rusiyanın təhdidlərindən qoruyacaq

Digər ölkələr
  • 22 yanvar, 2026
  • 13:13
NATO Danimarka, Qrenlandiya və şimal ölkələrini Rusiyanın təhdidlərindən qoruyacaq

NATO Danimarkanı, Qrenlandiyanı və şimal ölkələrini Rusiyanın təhdidlərindən qorumağa davam edəcək.

"Report"un müxbiri xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, alyans transatlantik tərəfdaşlığın fundamental prinsiplərini ardıcıl şəkildə müdafiə etmək niyyətindədir.

"Biz transatlantik tərəfdaşlığın əsaslandığı prinsipləri - suverenlik və ərazi bütövlüyünü qoruyacağıq", - Kansler vurğulayıb. Fridrix Merts həmçinin Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqları dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rütte ilə müzakirə edib.

"Danışıqların məqsədi Arktika regionunda müttəfiqlər arasında daha sıx əməkdaşlığa nail olmaqdır. Biz artıq bu istiqamətdə addımlar atırıq", - kansler qeyd edib. O vurğulayıb ki, NATO müttəfiqlərin ərazilərinin zorla ələ keçirilməsini qəbul etmir.

Son xəbərlər

Bütün Xəbər Lenti