NASA astronavtı səhhətindəki problemə görə Yerə qaytarılacaq

Digər ölkələr
  • 09 yanvar, 2026
  • 05:50
NASA astronavtı səhhətindəki problemə görə Yerə qaytarılacaq

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) astronavtlardan birinin səhhətində yaranan problem səbəbindən Crew-11 missiyasının heyətini Beynəlxalq Kosmik Stansiyadan (ISS) vaxtından əvvəl geri qaytarmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə NASA administratoru Cared Ayzekman məlumat verib.

O, əlavə edib ki, heyət yaxın günlərdə Yerə qayıdacaq: "Mən qərara gəldim ki, astronavtlarımızın 11-ci heyəti planlaşdırılan qayıdışdan əvvəl dönmələri onların xeyrinədir".

Onun sözlərinə görə, Beynəlxalq Kosmik Stansiya (BKS) həmkarına diaqnoz qoymaq və müalicə etmək imkanlarına malik deyil: "Ciddi tibbi vəziyyət mövcuddur, buna görə də erkən qayıdış barədə qərar qəbul etdik".

NASA rəhbəri həmçinin qeyd edib ki, geri dönüş orbitdən təcili enişlə əlaqəli deyil, stansiyada lazımi tibbi yardımın göstərilməsinin mümkün olmaması ilə əlaqədardır.

Son xəbərlər

Bütün Xəbər Lenti