Münhendəki partlayışda iki nəfər ölüb, iki nəfər isə yaralanıb - YENİLƏNİB-4

Digər ölkələr
  • 01 oktyabr, 2025
  • 22:23
Münhendəki partlayışda iki nəfər ölüb, iki nəfər isə yaralanıb - YENİLƏNİB-4

Münhen polisi yaşayış binasının yandırılması və partlayışlar nəticəsində iki nəfərin həlak olduğunu təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri mətbuat konfransında bildiriblər.

"Özünü öldürən 57 yaşlı şübhəli şəxsdən əlavə, daha bir nəfərin - onun 90 yaşlı atası olduğu ehtimal edilir - meyiti tapılıb. İki qadın xəsarət alıb: cinayətkarın 81 yaşlı anası və ehtimal ki, onun 21 yaşlı qızı", - deyə məlumatda qeyd olunur.

Polis əməkdaşları şübhəlini yaxınlıqdakı gölə qədər izləyiblər və həmin yerdə intihar edib.

Hüquq-mühafizə orqanları qonşuların poçt qutusunda onun məktubunu aşkar ediblər. Məktubda dünyanın ən böyük pivə festivalı olan "Oktoberfest"ə qarşı təhdid yer alıb. Şübhəli şəxs festivalda "partlayıcı hadisə" vəd edib. Nəticədə polis "Oktoberfest" ərazisini müvəqqəti olaraq ziyarətçilər üçün bağlamaq qərarına gəlib. Festival Bakı vaxtı ilə saat 19:30-dan sonra fəaliyyətini bərpa edib.

Münhen polisi partlayışlar və yanğınla bağlı genişmiqyaslı əməliyyatı davam etdirir, mümkün təhlükə ilə əlaqədar olaraq Oktoberfest pivə festivalının işinin dayandırılması barədə qərar qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Polis bu hadisələrin "Oktoberfest"lə mümkün əlaqəsini yoxlayır.

"Münhendəki digər yerlərlə, o cümlədən Tereziyenvize (festivalın keçirildiyi meydan) ilə mümkün əlaqələr yoxlanılır", – polis qeyd edib.

"Süddeutsche Zeitung"un məlumatına görə, şəhər meri Diter Rayter "təsdiqlənmiş partlayış təhlükəsi"nin olduğunu bildirib: "Biz risk edərək Oktoberfesti aça bilmərik".

Hökumət orqanlarının məlumatına görə, festivalın ərazisi ən azı saat 17:00-a qədər bağlı qalacaq.

Münhendə cinayətkarın yanğın törətdiyi yerdə tələ-minalar aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Almaniya mətbuatı yerli polisə istinadən məlumat yayıb.

"Onları zərərsizləşdirmək üçün xüsusi qüvvələr cəlb olunub. Biz çoxsaylı əməliyyat heyəti ilə hadisə yerindəyik", - məlumatda qeyd olunub.

Daha əvvəl bildirilmişdi ki, o, partlayış planını valideynlərinin evində hazırlayıb və həyata keçirib.

Polis hadisənin baş verdiyi ərazinin böyük hissəsini mühasirəyə alıb. Sakinlərin və sürücülərin bu ərazidən uzaq olmaları tövsiyə edilir.

Münhendə baş verən partlayışı bir şəxs valideynlərinin evində hazırlayıb və həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Partlayışdan sonra o özü də ölüb.

Almaniyanın Münhen şəhərində partlayışlar baş verib.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisə yerində polis və yanğınsöndürənlər işləyir. Xüsusi bölmələrin əməkdaşları və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər də hadisə yerindədir.

Nəşrin məlumatına görə, bir neçə partlayış baş verib, həmçinin atəş səsləri eşidilib, iki nəfərin meyiti aşkarlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti