Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb
Digər ölkələr
- 22 dekabr, 2024
- 15:05
Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilir ki, dekabrın 15-dən 19-dək Mozambikdə qasırğa 110 mindən çox yaşayış binasını dağıdıb.
Bundan əvvəl Kabo Delqado, Nyasa, Nampula, Tete və Sofala əyalətlərində 500-dən çox yaralı və 329 min qaçqın olduğu bildirilirdi.
Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Mayot adasında qasırğa səbəbindən 30-dan çox adam həlak olub. Dekabrın 23-ü adada matəm günü elan edilib.
Mozambikdən qərbə doğru hərəkət edən qasırğa Zimbabve və Malavidə də fəsadlar törədib.
Son xəbərlər
13:59
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib
Hadisə13:58
Azərbaycanda yanvarda 11 min nəfərə yaxın şəxs fərdi uçot sistemində qeydiyyata düşüb
Maliyyə13:57
Azərbaycan Basketbol Liqasında bugünkü oyunun saatı dəyişdirilib
Komanda13:53
Kreml ABŞ-lə Venesuela nefti ilə bağlı sövdələşməyə aydınlıq gətirilməsini istəyir
Region13:46
Serbiya Prezidenti Türkiyəyə səfər edəcək
Region13:44
Ərdoğan: Suriyanın yeraltı və yürüstü sərvətləri artıq xalqın rifahına yönəlməlidir
Region13:40
Avstraliyalı snoubordçu ağır zədə alaraq xəstəxanaya yerləşdirilib
Fərdi13:38
İndoneziyada naməlum şəxslər təyyarəyə silahlı hücum edib, pilotlar ölüb
Digər ölkələr13:36