​Meksikada 129 fabrik işçisi fiziki və cinsi zorakılığa məruz qalıb

Digər ölkələr
  • 06 fevral, 2015
  • 00:52
​Meksikada 129 fabrik işçisi fiziki və cinsi zorakılığa məruz qalıb

Bakı. 6 fevral. REPORT.AZ/ Meksika hakimiyyəti Halisko ştatında Cənubi Koreyaya məxsus tikiş fabrikində 129 işçinin fiziki və cinsi zorakılığa məruz qaldığı barədə məlumat yayıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, zərərçəkənlər arasında uşaqların da olduğu bildirilir.

Hazırda "Yes International" şirkəti işçilərinin fabrik sahibləri adlandırdıqları dörd şəxsə qarşı cinayət işi qaldırılıb.

Bu barədə Milli Miqrasiya İnstitutunun məlumatında bildirilir.