Malidə silahlıların hücumu nəticəsində 25 əsgər ölüb, 33-ü yaralanıb
Digər ölkələr
- 05 mart, 2022
- 05:21
Malidə silahlıların hücumu nəticəsində 25-dən çox əsgər ölüb, 33-ü yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Mali ordusu açıqlama yayıb.
Bildirilib ki, hərbçilər 47 silahlını zərərsizləşdiriblər.
Məlumata görə, martın 5-də səhər saatlarında yüzlərlə silahlı 150-yə yaxın əsgər yerləşən hərbi düşərgəyə hücum edib. Bildirilib ki, hücum nəticəsində 40-50 əsgər öldüyünə, 20-dən çox hərbçinin yaralandığına dair məlumat da var. Bundan başqa, hücum edənlər 21 hərbi texnika, o cümlədən tank ələ keçiriblər.
Məlumata görə, bu hadisə Fransanın qoşununu Malidən çıxaracağı haqqında bəyanatından sonra baş verib.
Son xəbərlər
11:30
Dneprə dron hücumu edilib, iki nəfər ölüb
Digər ölkələr11:15
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi11:02
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
Fərdi11:00
Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb
Hadisə10:55
Biləsuvar heyvan bazarında yenidən satışa başlanılıb
ASK10:50
Gürcüstanda Dövlət Təhlükəsizlik Akademiyası yaradılıb
Region10:46
İranda 5,2 maqnitudalı zəlzələ olub
Region10:27
"Çelsi"dən ayrılan mütəxəssis sabiq klubuna qayıda bilər
Futbol10:23