Macarıstan kəşfiyyatı terrorçuların miqrantlarla birlikdə Aİ-yə daxil olmasından ehtiyat edir

Digər ölkələr
  • 02 noyabr, 2023
  • 19:51
Macarıstan kəşfiyyatı terrorçuların miqrantlarla birlikdə Aİ-yə daxil olmasından ehtiyat edir

Serbiyadan keçərək Macarıstana və digər Avropa İttifaqı ölkələrinə keçməyə çalışan qeyri-qanuni miqrantlar arasında “Əl-Qaidə” və “İŞİD”də daxil olmaqla digər terrorçu qruplarının yaraqlıları ola bilər.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın kəşfiyyat xidmətinin Milli İnformasiya Mərkəzinin hazırladığı terrorla qeyri-qanuni miqrasiya arasında əlaqəyə dair hesabatda deyilir.

Oktyabrın 25-də mərkəzin rəhbəri, briqada generalı Zoltan Andras Kovaç tərəfindən imzalanan 10 səhifəlik sənəd ölkə parlamentinin saytında yerləşdirilib.

Hesabat “gizli” kimi məxfilikdən çıxarılsa da, dərc olunarkən onun bəzi fraqmentləri kəsilib.

Hakim Macarıstanın Vətəndaş Birliyi partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib ki, araşdırma Brüsselin məsuliyyətsiz miqrasiya siyasətinin Avropanın təhlükəsizliyinə nə dərəcədə təhlükə yaratdığını, Asiya və Yaxın Şərqdən içərisində terrorçularında ola biləcəyi qeyri-qanuni miqrantların axınına səbəb olduğunu açıq şəkildə göstərir.

Qeyd olunub ki, Qərbi Balkanlar vasitəsilə Macarıstana insanların qeyri-qanuni yolla aparıldığı marşurut terrorçu qruplar tərəfindən istifadə edilə bilər.

Xatırladaq ki, ötən il Macarıstana 275 minə yaxın qanunsuz daxil olmaq cəhdi qeydə alınıb. Bu, əsasən Serbiya ilə sərhəddə baş verir.

Son xəbərlər

Bütün Xəbər Lenti