Liz Tras Böyük Britaniyanın yeni Baş naziri seçilib

Liz Tras Böyük Britaniyanın yeni Baş naziri seçilib Böyük Britaniyanın xarici işlər naziri Liz Tras hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.
Digər ölkələr
5 Sentyabr , 2022 15:38
Liz Tras Böyük Britaniyanın yeni Baş naziri seçilib

Böyük Britaniyanın xarici işlər naziri Liz Tras hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Tras və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.

Səsvermənin altıncı turunda L.Tras Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.

L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.

B.Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trası xələfi kimi təqdim etməlidir.

L.Tras kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.

Qeyd edək ki, L.Trasın 47 yaşı var, 11 ay xarici işlər naziri olmaqla, 3 Baş nazirin hökumətində altı nazir (xarici ticarət, ətraf mühit, ərzaq və kənd təsərrüfatı, ədliyyə, xarici işlər naziri və lord-kansler) vəzəfəsində çalışıb. 

L.Trasın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.

L.Tras Birləşmiş Krallığın kraliçası II Elizabetin dövründə vəzifə başına keçən 15-ci Baş nazirdir. Qadın siyasətçi həmçinin ölkə tarixinin 78-ci hökumət başçısı, Marqaret Tetçer, Tereza Meydən (hər iki Mühafizəkarlar Partiyasının sədri olub) sonra 3-cü qadın Baş nazirdir.

Son xəbərlər

Orphus sistemi