Konqresin Nümayəndələr Palatası daxili təhlükəsizlik nazirinin impiçmentinin əleyhinə çıxıb

Digər ölkələr
  • 06 fevral, 2024
  • 23:52
Konqresin Nümayəndələr Palatası daxili təhlükəsizlik nazirinin impiçmentinin əleyhinə çıxıb

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın impiçmentinin əleyhinə səs verib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu, siyasi məqsədlərlə məsələni gündəmə gətirmiş respublikaçı liderlər üçün böyük uğursuzluqdur”, – CNN qeyd edib.

Telekanalın məlumatına görə, respublikaçıların Nümayəndələr Palatasındakı çoxluğuna baxmayaraq, hakim partiyanın üç nümayəndəsi demokratlara qoşularaq impiçmentin əleyhinə səs verib.

44 filmi