Demokratlar ABŞ Konqresində İranla razılaşmaya dair kifayət qədər dəstək toplaya bilib

Demokratlar ABŞ Konqresində İranla razılaşmaya dair kifayət qədər dəstək toplaya bilib Bu, Barak Obama üçün böyük qələbə hesab edilir
Digər ölkələr
8 Sentyabr , 2015 23:35
Demokratlar ABŞ Konqresində İranla razılaşmaya dair kifayət qədər dəstək toplaya bilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ Senatında demokratlar İranla nüvə razılığının əleyhinə olan qətnamənin qarşısını ala bilmək üçün 41 səs əldə edə bilib.

"Report" "Amerikanın Səsinə" istinadən xəbər verir ki, bu, prezident Barak Obama üçün böyük qələbə hesab edilir, belə ki o, razılığın əleyhinə qətnaməyə veto qoymalı olmayacaq.

Birləşmiş Ştatlar və dünyanın beş qüdrətli dövləti İranla iyul ayında razılıq əldə etmişdi. Razılığa əsasən, Tehran İran iqtisadiyyatını zəiflətmiş sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmalıdır.

ABŞ və onun müttəfiqləri uzun müddət İranın nüvə proqramını nüvə silahı istehsalı üçün inkişaf etdirməsindən şübhələnirdi. Tehran bu iddiaları rədd edirdi.

Respublikaçılar Konqresin Nümayəndələr Palatasında prezident Obamanın mənsub olduğu Demokrat partiyasından daha böyük üstünlüyə malikdir. Nümayəndələr Palatasının İranla razılığın əleyhinə qətnaməni qəbul edəcəyi gözlənilir. Lakin Senatın dəstəyyi olmadan bu addım yalnız simvolik məna daşıyacaq.

Prezident Obama qanunvericilərin İranla razılaşmaya dəstəyini qazanmaq üçün ciddi iş aparıb. Lakin indi Konqresdəki opponentlər prezidenti veto hüququndan istifadə etməyə məcbur edə bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi